• SOSİAL

    15:22 1 aprel 2019

Bu il 5 "ASAN Xidmət", 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək

2019-cu ildə bölgələrdə 5 "ASAN Xidmət" mərkəzi, Bakıda isə 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək.

ONA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən "ASAN Xidmət" mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bakı şəhərində 2 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərdiyini xatırladan E.Niftəliyev qeyd edib ki, bu il Bakıda kommunal sahədə xidmətlər göstərən mərkəzlərin sayı 3-ə çatdırılacaq.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR