• SOSİAL

    19:01 18 mart 2019

Bu il də qəbul imtahanında eyni və ya fərqli ixtisas qrupu üzrə iştirak mümkün olacaq

“Hər iki qəbul imtahanında iştirak edəcək abituriyentlər II imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər”.

Bunu ONA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, abi­turiyent­lər ötən il olduğu kimi, bu il də hər 2 imtahanda iştirak edə bilərlər: “Hər 2 qəbul imtahanında iştirak edən abituriyent II imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR