Bu il ölkənin ümumi təhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.
Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
2019-2020-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 164 234 şagirdin gedəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. İyunun 14-də ölkənin bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.