Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata gorə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8 408 nəfərdən 3 344 nəfəri inyeksion narkotik istifadəçisi olub ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb. Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olüb.
Bildirilib ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.