Bu ilin iki ayı ərzində çoxmərtəbəli binalarda 2827 mənzil təbii qazla təmin edilib
  • SOSİAL

  • 18:15 04 Mart 2019

Bu ilin iki ayı ərzində çoxmərtəbəli binalarda 2827 mənzil təbii qazla təmin edilib

Bu ilin iki ayı ərzində çoxmərtəbəli binalar üzrə 2827 mənzil təbii qazla təmin edilib

“Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan ONA-ya verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində çoxmərtəbəli binalar üzrə 2827 mənzildə təbii qazın açılması təmin olunub.

Qeyd edək ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Aytən Yusifova

Teqlər: