2019-cu ilin son Günəş tutulması başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, həlqəvari tutulma saat 06.30-da başlayıb 12:06-da başa çatacaq və Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda müşahidə olunacaq.
Bakıda isə Günəş tutulmasını 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkündür.