• SOSİAL

    07:00 8 sentyabr 2019

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirir.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR