• SOSİAL

    13:56 26 aprel 2019

Cəbhə bölgəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

Ağdamda yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına dair seminar keçirilib.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin təşkil etdiyi toplantıda rayon ərazi nümayəndəliklərinin və bələdiyyə sədrləri iştirak edib.

Seminarın təşkil olunmasında məqsəd qarşıdan gələn dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlıdır.

Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşı Elvin Hacıyev ONA-ya açıqlamasında bildirib ki, Ağdamın əsas hissəsi cəbhə xəttində yerləşdiyi üçün aidiyyəti qurumlar daha diqqətli olmalıdır: “Çünki ötən illərin təcrübəsi göstərib ki, ermənilər cəbhə kəndlərini atəşə tutanda yandırıcı güllələr, yaşayış evlərinin yaxınlığında yığılmış ot bağlamalarının yanmasına və alovun qısa müddətdə tikililərə keçməsinə səbəb olur. Eyni zamanda taxıl zəmilərinin kənarlarının şumlanmaması, zəmiyə düşən alovun maneəsiz digər təsərrüfatlara keçməsinə səbəb olur”.

Habil

Teqlər:

SON XƏBƏRLƏR