• SOSİAL

    16:05 21 fevral 2025

Cəbrayıl şəhərinə növbəti köç olub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

ONA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.

Köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Növbəti köç Cəbrayıl şəhərinə çatıb - FOTO  - YENİLƏNİB-1 Növbəti köç Cəbrayıl şəhərinə çatıb - FOTO  - YENİLƏNİB-1 Növbəti köç Cəbrayıl şəhərinə çatıb - FOTO  - YENİLƏNİB-1

ONA

Teqlər:

SON XƏBƏRLƏR