• SOSİAL

    12:04 21 oktyabr 2022

Cəbrayılda təməli qoyulan "Dostluq meşəsi" 20 hektar ərazini əhatə edəcək

Cəbrayıl rayonu ərazisində təməli qoyulan Azərbaycan-Türkiyə Beynəlxalq Təlim Tədris Mərkəzinin ərazisində "Dostluq meşəsi" yaradılacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini layihənin 2024-cü ildə yekunlaşacağını qeyd edib:

"Layihə özlüyündə 2024-cü ilin biririncini yarım ilində yekunlaşacaq. Bu layihə ümumi 105 hektarlıq bir ərazidə həyata keçiriləcək. Artıq bu ilin yay ayında tikinti və torpaqlama işləri başlayıb. Salınan meşələrdə, əsasən, yerli əhəmiyyətli ağaclara üstünlük veriləcək", - nazir müavini qeyd edib.

Vüqar Kərimov layihənin 3 istiqamətli olacağını və "Dostluq meşəsi"nin 20 hektar ərazini əhatə edəcəyini deyib:

"Bu istiqamətlər Türkiyə-Azərbaycan Beynəlxalq Təlim-Tədris Mərkəzi, Ağıllı Tinglik və Dostluq meşəsi formasında olacaq. Ön hissədəki 40 hektar ərazidə isə tinglər basdırılacaq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR