• SOSİAL

    15:30 7 mart 2019

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra ölüb

Cəlilabadda uşaq ölümü baş verib.

ONA-nın cənub bürosunun məlumatına görə, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib.

Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tural Kərimov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR