• SOSİAL

    15:42 7 may 2019

Ceyhun Bayramov: "Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 20 500-ə çatdırılıb"

"Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb: "Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği də 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda, bakalavriat səviyyəsində dövlət sifarişli yerlər 66 faiz artırılaraq 20 500-ə çatdırılıb".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR