“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”.
ONA-nın xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.
“Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!”, - deyə XİN başçısı bildirib.