• SOSİAL

    12:59 15 may 2019

Cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına əsasən, cari il üçün penitensiar müəssisələrdəki peşə tədrisi bazalarında peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.

ƏƏSMN-dən ONA-ya bildirilib ki, ilk peşə kursları Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində dülgər-xarrat, təmirçi çilingər peşələri üzrə təşkil edilib. Peşə kurslarına cəzaçəkmə müddətinin başa çatmasına az qalmış 28 nəfər cəlb olunub. Üç aylıq kurslarını müvəfəqiyyətlə bitirənlərə peşə sertifikatları veriləcək.

Ötən il penitensiar müəssisələrdə təşkil edilən peşə hazırlığı kurslarına 239 nəfər cəlb olunub. Onlardan 60-ı qadın, 179 nəfəri kişi olub. Kurslara cəlb olunanların 30 nəfərini yetkinlik yaşına çatmayan şəxslər təşkil edib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR