• SOSİAL

    13:20 14 fevral 2020

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarında virus aşkarlanmayıb, sabah Bakıya yola salınacaqlar

Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə edilən şəxslərdən götürülən analizlərin növbəti nəticələri açıqlanıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O deyib ki, növbəti analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb.

Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

Bildirilib ki, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb.

“6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, onların 14 günlük karantin müddəti başa çatıb. Həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR