• SOSİAL

    10:50 15 fevral 2021

"Coronovac" vaksininin effektivlik faizi və müddəti açıqlanıb

TƏBİB Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini açıqlayıb.

TƏBİB-in “Facebook” səhifəsində verilən açıqlamaya görə, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib”.

Qeyd edək ki, Türkiyə kimi Azərbaycanda da vətəndaşlara Çin istehsalı olan "Coronovac" peyvəndi vurulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR