“ASAN Xidmət tərəfindən COVİD pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb. Bu tətbiqdən istifadə edən vətəndaşlardan xüsusi heç nə tələb olunmur. Sadəcə vətəndaşların ya COVİD pasportu, ya da şəxsiyyət vəsiqəsi üstündə olmalıdır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnivasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, COVİD pasportunu vətəndaşlar həm e-təbib-dən, həm də my.gov.az-dan əldə edə bilərlər: “Yeganə xahiş bu cür məkanlara giriş üçün peyvənd olunmayanların peyvənd olunmasıdır. Bu prosesdə ikinci tərəf tətbiqdən istifadə edən obyektlərin əməkdaşlarıdır. Bu müəssisələrin hər birinin icaze.gov.az portalında qeydiyyatı var. Onlara bu tətbiqdən istifadə təlimatı göndəriləcək. Əlavə suallarla bağlı bu obyektlərin sahiblərinə dəstək göstəriləcək”.