Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş laçınlı məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı davam edir.
APA xəbər verir ki, bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınan növbəti köç karvanı mənzil başına çatıb. Bu mərhələdə 15 ailə - 53 nəfər daimi ünvanlarına çatıblar.
Laçın şəhərinə çatan ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri qarşılayıb.
Daha sonra bu gün Laçına köçürülən 15 ailəyə evlərinin açarları təqdim edilib.
Qeyd edək ki, bununla da bugünədək Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin qayıdışı təmin edilib.