• SOSİAL

    14:30 12 oktyabr 2023

Daha 21 ailə Füzuli şəhərinə köçürülüb - FOTO - YENİLƏNİB

Oktyabrın 12-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

ONA Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 208 ailə, yəni 749 nəfərin daimi məskunlaşması təmin edilib.

***

10.32

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

ONA xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB Füzuliyə köçən daha 21 ailəyə mənzillərin açarı verilib - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR