• SOSİAL

    18:23 4 iyun 2020

Daxili uçuşların yaxınlarda bərpa olunması gündəmdədir, beynəlxalq uçuşlar isə iyulun 1-dək təxirə salına bilər

"Daxili uçuşların yaxın günlərdə bərpa olunması gündəmdədir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatında uçuşları tənzimləyən metodiki göstərişlər tərəfdən hazırlanıb təqdim olunub və təsdiqlənib: “Təbii ki, bu, Operativ Qərargahla, o cümlədən hava nəqliyyatı sahəsindəki qurumlarla birlikdə hazırlanıb. Burada istər hava gəmisinin içərisində xüsusi yoxlama rejiminin tətbiqi, sərnişinlərin say məhdudiyyəti, o cümlədən daxili uçuşlar zamanı gəliş və gedişlərdə - xüsusilə Gəncə və Naxçıvan nəzərdə tutulur - laborator analizlərin keçirilməsi ilə bağlı məsələlər var. Burada bəzi müzakirə tamamlanmamış məqamlar qalmaqdadır. Bunlar da tamamlanmaq üzrədir. Yəqin ki, bu barədə çox qısa müddət ərzində məlumat veriləcək”.

Ramin Bayramlı bildirib ki, beynəlxalq uçuşlarla bağlı bir sıra xarici hava nəqliyyatı qurumları öz məlumatlarını veriblər.

Onun sözlərinə görə, ölkəmizdə bu istiqamətdə müzakirələr əvvəldən də anons edildiyi kimi, hələ davam etdirilir: “Bir sıra qaydaların qəbul olunması məsələsinə baxılır. Güman edirik ki, biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR