• SOSİAL

    19:14 25 may 2019

DGK rəhbərliyi Qax, Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsindən (DGK) ONA-ya verilən məlumata görə, mayın 25-də Komitə rəhbərliyi Balakən, Zaqatala və Qax şəhərlərində bu bölgələrin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Həmin gün DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin qəbulu Balakən şəhərində keçirilib.

S.Mehdiyev qəbuldan öncə ulu öndər Heydər Əliyevin Balakən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala şəhərində, Komitə sədrinin digər müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qax şəhərində vətəndaşları qəbul ediblər.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR