2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.
ONA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatlnda bildirilir. Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar.
DİM digər müsabiqə iştirakçılarının nəzərinə çatdırır ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.
Həmin abituriyentlər aşağıdakı ixtisaslara qəbul olunublar:
Abituriyent sayı |
İxtisasın kodu, DS |
Ali təhsil müəssisəsinin adı |
İxtisasın adı |
1 |
111528 |
Bakı Dövlət Universiteti |
Coğrafiya müəllimliyi |
1 |
112135 |
Bakı Dövlət Universiteti |
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
4 |
112151 |
Bakı Dövlət Universiteti |
Tarix müəllimliyi |
1 |
112484 |
Bakı Dövlət Universiteti |
Politologiya |
1 |
112735 |
Bakı Dövlət Universiteti |
Kimya müəllimliyi |
2 |
112873 |
Bakı Dövlət Universiteti |
Biologiya (tədris ingilis dilində) |
1 |
114582 |
ADNSU |
Kompüter mühəhdisliyi (tədris ingilis dilində) |
1 |
122422 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Kimya və biologiya müəllimliyi |
1 |
122569 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Tarix və coğrafiya müəllimliyi (Şəki filialı) |
1 |
126238 |
Azərbaycan Dillər Universiteti |
Regionşünaslıq (Norveç üzrə) |
1 |
128141 |
Bakı Mühəndislik Universiteti |
Elektroenergetika mühəndisliyi |
1 |
128174 |
Bakı Mühəndislik Universiteti |
Elektrik mühəndisliyi |
4 |
129113 |
Dövlət İdarəçilik Akademiyası |
Kompüter elmləri |
1 |
132134 |
Bakı Musiqi Akademiyası |
İnstrumental ifaçılıq |
1 |
136558 |
Bakı Xoreoqrafiya Akademiyası |
Xoreoqrafiya sənəti (baletmeyster) |
1 |
136599 |
Bakı Xoreoqrafiya Akademiyası |
Xoreoqrafiya sənəti (baletmeyster) |
3 |
141158 |
Bakı Ali Neft Məktəbi |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində) |
2 |
141174 |
Bakı Ali Neft Məktəbi |
Kimya mühəndisliyi (tədris ingilis dilində) |
3 |
137132 |
ADBTİA |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq |
12 |
137149 |
ADBTİA |
Bədən tərbiyəsi və idman |
37 |
137157 |
ADBTİA |
Məşqçi (idman növü üzrə) |
16 |
137165 |
ADBTİA |
Məşqçi (idman növü üzrə) |
1 |
142754 |
Naxçıvan Dövlət Universiteti |
Bədən tərbiyəsi və idman |
1 |
145613 |
Gəncə Dövlət Universiteti |
Bədən tərbiyəsi və idman |
1 |
145621 |
Gəncə Dövlət Universiteti |
Bədən tərbiyəsi və idman |
1 nəfər Internatıonal Baccalaureate təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.
5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.
Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.