• SOSİAL

    10:13 20 may 2019

DİM 53 №-li proqram üzrə imtahan verəcək bakalavrlara müraciət edib

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının II mərhələsində 53 №-li proqram üzrə imtahan verəcək bakalavrlara müraciət edib.

DİM-dən ONA-ya verilən məlumata görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının mayın 26-da keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər. Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR