• SOSİAL

    10:53 5 aprel 2019

DİM bu il ixtisaslar üzrə keçid ballarının nə vaxt açıqlanacağına aydınlıq gətirib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə qəbul aparılacaq ixtisaslar üzrə keçid ballarının nə vaxt açıqlanacağına aydınlıq gətirib.

ONA-nın xəbərə görə, Mərkəzdən bildirilib ki, bu il formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. "Çünki keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır", - DİM-in məlumatında qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR