Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.
Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
İmtahanda 1 əcnəbi vətəndaş olmaqla 12 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Növbəti TOEFL imtahanının mayın 11-də keçirilməsi nəzərdə tutulur.