"Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi planlaşdırılır".
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu il ilk dəfə olaraq kolleclərin “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək: "İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək".