"Hər il imtahanlara qatılan bəzi abituriyentlər qaydaları pozmaq üçün müxtəlif "yeniliklərə" əl atırlar. Biz də onları öyrənib, qayda pozuntularının qarşısını vaxtında alırıq".
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, vətəndaş qəbulunda babalar, nənələr müraciət edirlər ki, övladlarımızı əfv edin: "Köçürmələr, özünün əvəzinə başqasını imtahana göndərmə halları var. İmtahan qaydalarını pozanların nəticələri ləğv edilir və ediləcək".