DİM: Yeni qaydalar artıq imtahan vermiş abituriyentlərə də şamil olunacaq 
  • SOSİAL

  • 12:14 23 May 2019

DİM: Yeni qaydalar artıq imtahan vermiş abituriyentlərə də şamil olunacaq

"Vətəndaşların bir hissəsi qəbulda iştirak etmək üçün artıq ərizə verib və imtahanda iştirak edibsə belə, Nazirlər Kabineti tərəfindən ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı təsdiq olunan yeni qaydalardan yararlana biləcəklər".

ONA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova deyib.

O bildirib ki, abituriyentlərin narahat olmağına heç bir əsas yoxdur: "DİM artıq Nazirlər Kabinetinin son qərarları ilə bağlı müəyyən tədbirlər görməyə başlayıb. Abituriyentlər saytımızı izləsinlər. Artıq imtahan vermiş abituriyentlər yeni qaydalardan yararlana biləcəklər. Onların müsabiqədənkənar yerləşdirilməsi üçün bütün tədbirlər görüləcək. DİM bunun üçün hər cür şərait yaradacaq". 

 

 

OXŞAR XƏBƏRLƏR