• SOSİAL

    19:28 9 may 2019

DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib

Daxili İşlər Nazirliyində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək ulu öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb. O, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.

Mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin ömür yolundan və fəaliyyətindən bəhs edən «Vətənə, xalqa həsr edilən ömür» adlı sənədli filmə baxıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR