• SOSİAL

    11:57 14 noyabr 2021

DİN: İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur 

“İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur”.
ONA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
E. Hacıyev qeyd edib ki, onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib: “Hazırda sağlamlıq vəziyyəti stabildir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaq. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR