• SOSİAL

    16:27 8 iyul 2019

DİN və ETSN birgə reyd keçirib, istirahət mərkəzlərinin sahibləri cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, növbəti belə tədbir iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib. Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR