• SOSİAL

    18:10 10 iyul 2021

Dini konfessiyaların rəhbərləri Şuşada yeni tikiləcək məscidin ərazisinə baş çəkib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşada yeni təməli qoyulmuş məscidin ərazisinə baş çəkiblər.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, əraziyə baxış keçirilib, xeyir-dua verilib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR