• SOSİAL

    17:21 2 aprel 2019

"Diqlas"dakı yanğınla əlaqədar yola hərəkətə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb

Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya bildirilib ki, hərəkət prospektin metronun "Neftçilər" stansiyasından "Xalqlar dostluğu" stansiyası istiqamətində olan hissəsində bərpa edilib. Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edir.

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə olunur.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR