2018-ci ildə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilən meyitlərin sayı açıqlanıb.
Birliyin baş direktoru Ədalət Həsənovun ONA-ya verdiyi məlumata görə, ötən il quruma 3840 meyit gətirilərək müayinə edilib.
O qeyd edib ki, onlardan 170-ni sahibsiz meyitlər təşkil edib.