Bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib.
ONA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətində ilin 6 ayının yekunlarına həsr olunan mətbuat konfransında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri Vüsal Hüseynov bildirib.
Xidmət rəisi qeyd edib ki, bu il daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub. Onun sözlərinə görə, bu icazələrin alınması üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşlarından müraciətlər daxil olub. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub.