• SOSİAL

    13:05 21 may 2019

DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir

DOST mərkəzinin onlayn xidmətlər bazası mütəmadi olaraq genişləndiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsindən ONA-ya verilən məlumata görə, DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub.

DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb.

Növbəti 2 ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.

Qeyd olunub ki, gələn ildən regionlarda da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR