• SOSİAL

    12:52 17 may 2019

“DOST” mərkəzlərinə yeni səlahiyyət verilib

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə aylıq müavinətin təyin edilməsini və ödənilməsini "DOST" mərkəzləri həyata keçirəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.

Fərmanın 5.3-cü bəndinə edilən dəyişikliyə görə, müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları, “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR