• SOSİAL

    17:15 1 mart 2019

“Qızıl Ulduz” Azərbaycanın əsas medalı olub

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1465 VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:” sözlərindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilib: “Qızıl Ulduz” medalı;”.

Bununla da Azərbaycanın əsas medalı “Qızıl Ulduz” medalı olub.

Qeyd edək ki, “Qızıl Ulduz” medalı Azərbaycanın Milli Qəhrəmanına verilən xüsusi fərqlənmə nişanıdır. Qızıldan olan bu nişan ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə olacaq.

1992-ci il martın 25-də təsis edilən Milli Qəhrəman adı ölkənin ən yüksək fərqlənmə dərəcəsidir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR