• SOSİAL

    13:47 23 may 2019

Dövlət Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr müəyyənləşib

Dövlət baytarlıq xidmətinin əhatə etdiyi sahələr məlum olub.

ONA-nın məlumatına görə, bununla bağlı “Baytarlıq haqqında” qanuna 7.1-1-ci maddə əlavə edilir:

Yeni maddəyə görə, Dövlət Baytarlıq Xidməti aşağıdakıları əhatə edir:

7.1-1.1. Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması sahəsində ixdmətlərin həyata keçirilməsini;

7.1-1.2. Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə bağlı xidmətlərin təşkili və göstərilməsi;

7.1-1.3. Heyvanların sağlamlığının qorunması ilə bağlı tədbirlərin görülməsini, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün dezinfeksiya, dezinseksiya işlərinin aparılmasını;

7.1-1.4. Xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatının yaradılmasını, büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanılmasını, daşınmasını və istifadəsini;

7.1-1.5. Epizootiya əleyhinə hazırlanan tədbirlər planına dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin görülməsini.

Qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında müzakirəyə çıxarılacaq.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR