Dövlət Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr məlum olub.
ONA-nın məlumatına görə, bununla bağlı “Baytarlıq haqqında” qanuna 7.1-1-ci maddə əlavə edilib:
Yeni maddəyə görə, Dövlət Baytarlıq Xidməti aşağıdakıları əhatə edir:
7.1-1.1. Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması sahəsində ixdmətlərin həyata keçirilməsini;
7.1-1.2. Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə bağlı xidmətlərin təşkili və göstərilməsi;
7.1-1.3. Heyvanların sağlamlığının qorunması ilə bağlı tədbirlərin görülməsini, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün dezinfeksiya, dezinseksiya işlərinin aparılmasını;
7.1-1.4. Xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatının yaradılmasını, büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanılmasını, daşınmasını və istifadəsini;
7.1-1.5. Epizootiya əleyhinə hazırlanan tədbirlər planına dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin görülməsini.
Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.