Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqinə dair sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncama əsasən, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1.1-ci maddəsinə “ümumvətəndaş” sözündən əvvəl “şəxsiyyət vəsiqəsi, habelə” sözləri əlavə edilib.
Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim edəcək.