• SOSİAL

    15:40 1 aprel 2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tezliklə yaradıla bilər

"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs Akademiyanın tərkibində yox, müstəqil qurum olacaq".

Bu barədə ONA-ya Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, yaradılacaq Mərkəz AMEA-nın Dilçilik İnstitu və ölkənin başqa qurumları ilə əlaqəli şəkildə işləyəcək: “Onun formalaşması, sənədləşməsi üçün Akademiya artıq müəyyən tədbirləri həyata keçirib. Monitorinq Mərkəzinin publik hüquqi şəxs kimi əsasnaməsi hazırlanıb və müxtəlif aidiyyəti qurumlarla razılaşdırılıb. Təşkilati quruluşu ilə də bağlı təkliflər formalaşdırılıb və təqdim olunub. Bundan sonrakı mərhələ qurumun yaradılması istiqamətində addımların atılması ilə bağlıdır. O isə Azərbaycan Milli Elmlər Akademiyasına aid deyil”.

İ.Həbibbəyli deyib ki, artıq tədbirlər planı Nazirlər Kabinetinə təhvil verilib: “Yəqin ki, Nazirlər Kabineti tərəfindən uyğun qurumların rəyləri alınır, bütün bunlardan sonra həmin qurum yaradıla bilər”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR