Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov işdən çıxıb.
Nazirliyin şöbə müdiri Fazil Talıbov APA-ya xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, E. Cəfərov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb. Onun yerinə hələlik təyinat olmayıb.