• SOSİAL

    14:15 4 may 2019

Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT and SAT Subject) keçirilib.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 48 nəfərdən 47 nəfəri iştirak edib. SAT imtahanlarının nəticəsinin 17 mayda elan olunması gözlənilir.

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Qeyd olunub ki, növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR