Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə dini icmaların üzvləri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan edib.
Komitədən ONA-ya verilən məlumata görə, müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, Ulu Öndərin Azərbaycançılıq ideologiyasına əsaslanaraq milli-mənəvi dəyərlər sistemimizin daha da gücləndirilməsi, aşınmadan xilas edilməsi, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində atdığı addımlardan bəhs edən məqalələr göndərilə bilər.
Həmçinin Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan dini abidələrimizin bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquqi-inzibati sferada zəruri addımlar atılması, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlərin işıqlandırıldığı məqalələr də qəbul olunur.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- Məqalə mövzuya uyğun olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra məqalə qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Məqalə qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Məqalə elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.
Müsabiqədə I yer üçün 500 AZN, II yer üçün 400 AZN, III yer üçün 300 AZN mükafat təyin olunub, eyni zamanda hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat veriləcək
Məqalələr 20 aprel 2019-cu ilədək təqdim edilməlidir.
Ünvan Bakı şəhəri, Əhməd Cavad küç., 16, əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 1, e-mail adres isə [email protected] dır.