• SOSİAL

    15:09 1 aprel 2019

Dövlət orqanlarında vakant vəzifələr üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.

Mərkəzdən ONA-ya verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 1 may saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 2-si dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər) və 14-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsinin rəisi, inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzində sektor müdiri-baş mühasib vəzifələridir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apelyasiya Məhkəməsində 11 vəzifə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 4 vəzifə olmaqla 16 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR