• SOSİAL

    04:55 1 mart 2019

Dövlət peşə təhsili müəssisələri publik hüquqi şəxsə çevriləcək

Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsini təsdiq edib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliklərində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etməlidir.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməli və Təhsil Nazirliyi həmin peşə təhsili müəssisələrinin nizamnamələrini təklif təqdim olunduğu gündən iki ay müddətində təsdiqləməlidir.

Eyni zamanda peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etməlidirlər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR