• SOSİAL

    12:09 21 noyabr 2021

Dövlət qulluğu, aqrar sığorta eksperti və peşəkar mühasib sertifikatları üçün imtahanlar keçirilir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilir.
DİM-dən ONA-ya verilən məlumata görə, aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb.
Hər iki imtahanın müddəti 3 saatdır.
Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir

ONA

Teqlər:

SON XƏBƏRLƏR