• SOSİAL

    09:32 15 may 2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları olacaq.

DİM-dən ONA-ya verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 22 və 31 may tarixlərində keçiriləcək. 22 may tarixində keçiriləcək imtahan saat 10:00-da, 31 may tarixində keçiriləcək imtahan isə saat 14:30-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 22 may tarixində saat 09:00-da və 31 may tarixində isə saat 13:00-da başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR