• SOSİAL

    01:20 7 aprel 2019

Dövlət qulluğuna imtahansız qəbul hallarının sayı artırılıb

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, bu Qayda yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir.

Dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanlarının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər də istisna hallar sırasına daxil edilib. Başqa sözlə, bu Qayda yerli icra hakimiyyəti orqanlarının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə şamil olunmayacaq, nümayəndəliklərdə inzibati vəzifələrə təyinat üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanlarında iştirak tələb olunmayacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR